USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ məğlub olacaq - Beynəlxalq Valyuta Fondu

24.07.2018 İqtisadiyyat
0 0
BVF proqnoz verib.

"Kommersant" xəbər verir ki, Beynəlxalq Valyuta Fondu ticarət savaşını təhlil edib. Fond, bu savaşdan məğlub ayrılacaq tərəfin məhz ABŞ olacağını bildirib.

BVF təbii olaraq bütün dövlətlərin zərər görəcəyini, amma ən ağır iqtisadi çətinliyi ABŞ-ın yaşayacağını bildirib. Açıqlamada, xüsusən baş verənlərdən sonra digər dövlətlərin bir-birilə ticarət döriyyəsinə başladığı və valyuta dövriyyəsinin bir növ istiqamət dəyişdiyi də vurğulanıb.

BVF artıq praktik olaraq bəzi nəticələrin müşahidə edildiyinə də diqqət çəkib:

"Ticarət savaşının başlamasının ardından bir sıra müqavilələr imzalanıb. Yaponiyanın AB-dən gələn pendir, şərab, donuz ətinə olan vergiləri ləğv etməsi, AB-nin da yapon avtomobillərinə tətbiq olunan rüsumu sıfıra endirməsi iki dövlət arasında ticari dövriyyəni milyardlarla avroya çatdırıb".