USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyada xidmət sektorunun fəaliyyəti artıb

23.04.2024 İqtisadiyyat
0 0
Böyük Britaniyada xidmət sektoru fəaliyyəti aprel ayında son 11 ayda ən sürətli artımı göstərsə də, istehsal sektorunda aktivlik azalıb.

S&P/CIPS Böyük Britaniyada aprel ayı üçün Kompozit Satınalma Menecerləri İndeksinin (PMI) ilkin məlumatlarını açıqlayıb. Müvafiq olaraq, mart ayında 52,8 bal olan kompozit PMI, aprel ayında 54 punkta yüksələrək son 11 ayın ən yüksək səviyyəsinə çatıb.

Ölkədə xidmət sektoru PMI aprel ayında 54,9 olub. Xidmət sektoru PMI mart ayında 53,1 ilə müqayisədə artaraq aprel ayında son 11 ayın ən yüksək səviyyəsinə çatıb.

Xidmət sektoru ölkə iqtisadiyyatının 80 faizini təşkil edir.

İstehsal sektoru PMI aprel ayında 48,7 ilə son 2 ayın ən aşağı səviyyəsinə gerilədi. Mart ayında istehsal sektoru PMI 50,3 olub.

PMI məlumatlarında 50 səviyyəsindən yuxarı sektor artımı, bu səviyyədən aşağı isə daralma kimi şərh edilir.

  • Əvvəlki

    Elon Musk Avstraliyaya zərbə vurdu

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0