Keçən il qlobal bazarlarda neft və təbii qaz kəşfləri əvvəlki ilə nisbətən 50 faizdən çox azalaraq 5 milyard barel neft ekvivalentinə çatdığı halda, kəşfiyyat xərcləri təxminən iki dəfə artıb.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 2024-cü il üçün illik təbii qaz hesabatına əsasən, ötən il ümumilikdə 5 milyard barel neft ekvivalentində qaz və neft aşkar edilib. Bu kəşflərin 340 milyard kubmetrə bərabər olan 40 faizi təbii qaz, 60 faizi isə neft olub.
2022-ci ildə kəşf edilən 10,5 milyard barel neft ekvivalenti ilə müqayisədə qlobal qaz və neft kəşflərinin 52,3 faiz azalması rekord azalma kimi qeydə alınıb.
GECF-in məlumatına görə, ötən il kəşfiyyat işlərinin həcminin azalması təbii qaz və neft üçün kəşfiyyat xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
2022-ci ildə təbii qazın kəşfiyyatının dəyəri neft ekvivalentinin barreli üçün 2,6 dollar olduğu halda, ötən il bu xərc 5,3 dollara yüksəlib. 2022-ci ildə 3,5 dollar olan neftin qiyməti ötən il 8,8 dollara yüksəlib.