USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonada illik inflyasiya aprel ayında 2,4 faiz təşkil edib

30.04.2024 İqtisadiyyat
0 0
Bu il faiz endirimlərinin başlayacağı gözlənilən Avro Bölgəsində aprel ayında illik inflyasiya gözləntilərə uyğun olaraq yüzdə 2,4 olaraq açıqlanıb. Aylıq artım isə 0,6 faiz təşkil edib.

Avropa Statistika İdarəsi (Eurostat) Avrozonanın aprel ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada mart ayında yüzdə 2,4 olan illik inflyasiya aprel ayında da eyni səviyyədə qalıb. CPI aprel ayında aylıq bazda yüzdə 0,6 artdı.

Bazar gözləntiləri aprel ayında Avrozonada illik inflyasiyanın 2,4 faiz olacağı idi.

Ən yüksək inflyasiya xidmət sektorundadır

İnflyasiyanın əsas komponentlərinə baxdığımızda ən yüksək illik qiymət artımı yüzdə 3,7 ilə xidmətlər sektorunda olub. Xidmətlər sektorunu 2,8 faizlə ərzaq, alkoqol və tütün məmulatları, 0,9 faizlə qeyri-enerji sənayesi məhsulları izlədi, enerji məhsullarının qiymətləri isə 0,6 faiz azalıb.

Avrozonada baza inflyasiyası aprel ayında illik 2,7 faiz, aylıq isə 0,7 faiz səviyyəsində ölçüldü. Aİ-yə uyğun məlumatlara görə, aprel ayında Almaniya və Fransada inflyasiya yüzdə 2,4, İtaliyada yüzdə 1, İspaniyada isə yüzdə 3,4 olaraq təyin olunub.

  • Əvvəlki

    Rusiyaya görə uçuşlar ləğv olunub

Digər xəbərlər

07.02.2025 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
07.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
07.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
06.02.2025 İqtisadiyyat
Lirə bahalaşdı
0 0
06.02.2025 İqtisadiyyat
Mərkəzi Bankda yeni TƏYİNATLAR
0 0