USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edilib

30.04.2024 İqtisadiyyat
0 0
“İzvestiya”: Rusiya iqtisadiyyatı 2024-cü ilin sonuna kimi 2,5-3% artacaq.

Rusiya iqtisadiyyatı 2024-cü ilin sonuna kimi 2,5-3 faiz artacaq.

“Banklardan, reytinq agentliklərindən, universitetlərdən və maliyyə şirkətlərindən sorğuda iştirak etmiş 11 analitikin hamısı bu il ÜDM-in artacağı ilə razılaşıblar”, – deyə qəzet yazır.

Artımın hərəkətverici amilləri arasında dövlət xərclərinin yüksək səviyyəsi, maaşların artması fonunda daxili istehlak tələbi və neft qiymətlərində ehtimal olunan artım var. Rusiya iqtisadiyyatı üçün risklər arasında kadr çatışmazlığı, sanksiyalar təzyiqi və dövlət ipoteka proqramlarının ixtisarı var.

Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu ilin sonuna qədər Rusiya iqtisadiyyatı üç faizdən çox arta bilər. Dövlət başçısı qeyd edib ki, yanvar-fevral aylarında ölkədə ÜDM illik ifadədə altı faiz artıb.

  • Əvvəlki

    Asiya fond bazarları Çin istisna olmaqla müsbət olaraq qalır

Digər xəbərlər