USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-nin yeni asılılığı: Rus gübrəsi

02.05.2024 İqtisadiyyat
0 0
Dünyanın ən böyük azot gübrəsi istehsalçılarından biri olan Yara şirkətinin baş direktoru Svein Tore Holsether, Avropanın əvvəllər təbii qazda olduğu kimi indi də gübrə baxımından Rusiyadan asılı vəziyyətə düşdüyünə diqqət çəkib.

Dünyanın ən böyük azot gübrəsi istehsalçılarından biri olan “Yara” şirkətinin baş direktoru Svein Tore Holsether qlobal iqtisadiyyat qəzeti “Financial Times”a açıqlamasında Rusiya qazından asılılığın müzakirə olunduğu bir vaxtda maraqlı məqama toxunub. Holsether, Avropanın əvvəllər təbii qazda olduğu kimi, indi də gübrə baxımından Rusiyadan asılı vəziyyətə düşdüyünə diqqət çəkib.

Financial Times-ın məlumatına görə, kənd təsərrüfatı məhsulları üçün lazım olan azotlu gübrənin təbii qazdan istehsal olunduğuna diqqət çəkən Holsether, gübrəni "yeni qaz" olaraq xarakterizə edib. Yara CEO, Avropanın təbii qazda Rusiyadan asılılığını azaltmağı hədəflədiyi halda, bilmədən Rusiyaya qida məhsulları və gübrələrə təzyiq etmək imkanı verməsinin "paradoks" olduğunu bildirib. Eurostat məlumatlarına görə, Avropa Birliyinin azot gübrəsi idxalı 2022-2023-cü illərdə 34 faiz artıb. Rusiya bu məhsulun Aİ-yə ixracında təxminən üçdə bir paya malikdir.

Azot sel suvarma, yağış və ya gübrə torpaq səthində qalan halda ən asanlıqla itirilən bitki qidasıdır. Torpağa qatıldıqdan sonra istiliklə tez buxarlana bilər və ya su ilə yuyularaq asanlıqla torpağın alt qatlarına daşına bilir. Bitkilərin inkişafı üçün həyati vacib maddələrdən biri olan azot, torpaqda azotun miqdarı kifayət etmədikdə, gübrə növləri ilə əlavə edilir.

  • Əvvəlki

    Araşdırma: Coca Cola və PepsiCo ən çox plastik çirklənməsinə səbəb olan markalardır

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0