USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Türkiyədəki şirkətlərə sanksiya tətbiq edib

02.05.2024 İqtisadiyyat
0 0
ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna müharibəsinə görə tətbiq etdiyi sanksiyaları pozmaq səylərini hədəfə alıb. Yeni elan edilən sanksiyalar siyahısında Türkiyədən üç şirkət var.

ABŞ Maliyyə Departamentindən verilən açıqlamaya görə, yeni sanksiyalar Rusiyanın müdafiə sənayesini, habelə kimyəvi və bioloji silah proqramları və Rusiyanın müdafiə sənayesi üçün mühüm materiallar təmin edən üçüncü ölkələrdəki şirkət və şəxsləri hədəf alıb.

Dövlət katibi Antoni Blinken və maliyyə naziri Janet Yellen Çinə səfəri zamanı şirkətlərin Rusiya ordusuna verdiyi dəstək barədə Pekinə xəbərdarlıq ediblər.

Vaşinqton Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin bəzi şirkətlərinə sanksiya tətbiq etməklə Moskvanın Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları pozmasının qarşısını almağa çalışıb.

Cəmi 300 şirkət, fiziki şəxs və qurum

ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin elan etdiyi yeni sanksiyalarla ümumilikdə 300-ə yaxın şirkət, fərd və qurum hədəfə alınıb.

Onlardan 60-a yaxını Azərbaycan, Çin, Belçika, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Slovakiyada yerləşir.

  • Əvvəlki

    Microsoft süni intellektə milyard dollarlıq sərmayə qoymağı planlaşdırır

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0