Dünyada kriptovalyutaya olan tələb hər gün bir az da artır.
"Kommersant" xəbər verir ki, investorların kriptovalyutaya marağının artdığı bir vaxtda, xüsusən, Asiyada məşhur olan kriptovalyuta şirkəti "Fusang İnvestment Office" Honqkonqda "Fusang Vault" adı ilə xidmətə başlayacaq.
Bununla yanaşı, kriptovalyuta ilə bağlı bu ilin dördüncü rübündə yenilik gözlənilir. Belə ki, pul vahidlərində olduğu kimi kriptovalyuta da zamin sisteminə keçə bilər. Yəni, kriptovalyuta almaq üçün zamin duracaq üçüncü nəfərə ehtiyac olacaq.