USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polşada "Avro"nun qiymətləndirilməsi

07.05.2024 İqtisadiyyat
0 0
Polşanın maliyyə naziri Anjey Domanski avronun ölkənin valyutası kimi istifadəsinin nəzərdən keçirildiyini açıqlayıb.

Avropa Birliyinə (Aİ) üzv olan 27 ölkədən biri olan Polşa 20 Aİ ölkəsinin hamısının pul vahidi olan avronun milli valyuta kimi istifadəsini qiymətləndirib.

Ria Novosti-də yer alan xəbərə görə, Polşanın maliyyə naziri Anjey Domanski jurnalistlərə açıqlamasında “İqtisadiyyatımız avroya keçidə hazır deyil” deyib.

Avronun milli valyuta kimi istifadəsinin nəzərdən keçirildiyini bildirən Domanski, "İqtisadiyyatdan danışırıqsa, nə pessimist, nə də həvəsli olmaq lazımdır. Realist olmaq lazımdır. Mən realistəm. Fikrimcə, faktlar çox aydındır: Polşa iqtisadiyyatı hazırda avronun qəbuluna hazır deyil” dedi.

“Bir iqtisadçı kimi açıq şəkildə deməliyəm ki, iqtisadiyyatımız avronun istifadəsinə hazır deyil”, - deyən Domanski, ölkənin milli valyutasının (Zlotinin) böhran dövründə iqtisadi artımı dəstəklədiyini bildirib.

  • Əvvəlki

    "FED-in növbəti addımı faiz dərəcələrini aşağı salmaqdır"

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0