USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin: Avrasiya İqtisadi İttifaqında ticarətin 90 faizi milli valyutalarla aparılır

08.05.2024 İqtisadiyyat
0 0
Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada etdiyi çıxışında Avrasiya İqtisadi Birliyinə (Aİİ) üzv ölkələrin iqtisadi böyüklüyünün 2,5 trilyon dollara çatdığını ifadə edərək, “Aİİ-də ticarətin 90 faizi milli valyutalarla aparılır” deyib.

Putin Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım Comert Tokayev, Ermənistanın baş naziri Nikol Paşinyan və Qırğızıstan prezidenti Sadir Caparovun iştirakı ilə Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqı Sammitinin açılışında çıxış edib.

Aİİ-nin iqtisadi artım və ticarətdə əhəmiyyətli bir quruluşa çevrildiyinə diqqət çəkən Putin, üzv ölkələr arasında illik ticarət həcminin 89 milyard dollara çatdığını bildirib.

Putin Aİİ çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və deyib: “Əməkdaşlığımızı hərtərəfli inkişaf etdirmək və gücləndirmək üçün daha çox birgə iş görmək istəyirik. İnanıram ki, buradakı bütün həmkarlarım bu münasibəti bölüşürlər”.

  • Əvvəlki

    İsveç Mərkəzi Bankından 8 ildən sonra faiz dərəcəsi addımı

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0