"Kommersant" xəbər verir ki, Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı Sammitinin sədri olaraq qatılacağı 10-cu BRİCS Zirvəsinin iqtisadi müxtəlifliyinin artırılması və birlik ölkələri ilə ticari əlaqələrin dərinləşdirilməsi baxımından Türkiyə üçün fürsət yarana bilər.
BRİCS zirvəsi 25-27 iyul Cənubi Afrikanın paytaxtı və ticari mərkəzi Johannesburgda həyata keçiriləcək. Çox sayda dövlət başçısı və biznesmenin qatılacağı BRİCS zirvəsi "4-cü sənaye inqilabı çərçivəsində böyümə və rifah paylaşımı üçün əməkdaşlıq" mövzusunda keçiriləcək.
Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrindən təşkil olunmuş BRİCS ölkələri dünya əhalisinin 40%-ni, dünya iqtisadiyyatının isə 20%-dən çoxunu təşkil edir, sənaye məhsullarının 1/3-ni, kənd təsərrüfatı məhsullarının isə yarısını istehsal edir.