USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın neft və təbii qaz büdcəsinin gəlirləri yüzdə 82 artıb

13.05.2024 İqtisadiyyat
0 0
Bildirilib ki, Rusiyanın neft və təbii qazdan büdcə gəlirləri ilin ilk 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 82,2 faiz artaraq 4,2 trilyon rubla (təxminən 45,7 milyard dollar) çatıb.

Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada yanvar-aprel dövrü üçün ölkənin büdcə gəlirləri və xərcləri ilə bağlı təfərrüatlar yer alıb.

Müvafiq olaraq, Rusiyanın büdcə gəlirləri sözügedən dövrdə 2023-cü ilin eyni dövrü ilə müqayisədə yüzdə 50,1 artaraq 11,7 trilyon rubla, büdcə xərcləri isə 21,5 faiz artaraq 13,2 trilyon rubla çatıb. Beləliklə, ölkə büdcəsində 1,5 trilyon rubl kəsir yaranıb.

Rusiyanın neft və təbii qaz gəlirləri ilin ilk 4 ayında 82,2 faiz artaraq 4,2 trilyon rubla, qeyri-neft və təbii qaz gəlirləri isə 36,8 faiz artaraq 7,5 trilyon rubla çatıb.

Açıqlamada büdcənin gəlir və xərcləri ilə bağlı atılan addımların 2025-ci ildə büdcə balansını gücləndirəcəyi, orta müddətli dövrdə büdcə sisteminin və Rusiyanın makroiqtisadi və maliyyə sabitliyinin dəstəklənəcəyi vurğulanıb.

Dünyanın ən böyük neft və təbii qaz ixracatçılarından biri olan Rusiya Ukrayna müharibəsi səbəbindən Avropada itirdiyi bazar payını daxili bazarda və Asiyada kompensasiya etmək istəyir.

  • Əvvəlki

    İngilis nəhəngindən Dollar/TL proqnozu

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0