USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin avtomobil ixracı 34 faiz artıb

13.05.2024 İqtisadiyyat
0 0
Çinin avtomobil ixracatı aprel ayında bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 34 artaraq 504 minə çatdı.

Çin Avtomobil İstehsalçıları Birliyindən edilən şərhdə, ixracatda ən böyük payı 429 min ədəd minik avtomobili alıb. Minik avtomobillərinin ixracı əvvəlki ilin aprel ayı ilə müqayisədə 35,9 faiz artıb. Ticari vasitə ixracatı keçən ilin eyni dövrünə görə yüzdə 24 artaraq 74 min ədəd olub.

Bu rəqəm əvvəlki illə müqayisədə 33,4 faiz artım deməkdir. Sərnişin nəqliyyat vasitələri ötən ilin eyni dövrünə görə yüzdə 34,8 artaraq 1 milyon 539 milyon ədədlə ixracatda liderliyini davam etdirərkən, ticari nəqliyyat vasitələri yüzdə 26,5 artaraq 288 min ədəd olub. 2023-cü ildə 4,91 milyon avtomobil ixrac edən Çinin bu il də dünyanın ən böyük avtomobil ixracatçısı olacağı gözlənilir. Ölkənin avtomobil ixracı 2023-cü ildə bir əvvəlki ilə görə yüzdə 57,9 artarkən, yeni enerji daşıyıcısı ixracatı yüzdə 77,6 artaraq 1,2 milyon ədədə çatıb.

  • Əvvəlki

    Neftin qiyməti qalxır

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0