İranlı deputat İlyas Həzrəti, ABŞ sanksiyaları səbəbindən dərman və tibbi avadanlıq idxalının Türk lirəsi və Çin yuanı ilə aparılacağını bildirib.
ABŞ-ın bank sanksiyaları səbəbindən İran dərman və tibbi ləvazimatlarının idxalında dollar istifadə edə bilmir.
Həzrəti, "Tibbi ləvazimat və dərman idxalçılarına valyuta təmin etmək üçün görülən tədbirlərdən biri Çin və Türkiyənin pul vahidləri olaraq yuan və lirə istifadə etməkdir",- deyib.
İran Məclisinin İnformasiya Agentliyi ICANA-ya görə, dərman və tibbi avadanlıq təminində Lirə istifadə edən idxalçıların hər hansı bir problemlə üzləşmədiklərini deyən Həzrəti, "Türkiyə şirkətləri, İran ilə Rial vasitəsilə ticarət etmək imkanı təmin edəcək bir müqaviləyə hazırlaşırlar",- ifadəsini istifadə edib.