ABŞ inflyasiya rəqəmlərindən sonra risk iştahında artım müşahidə olunub. Qızılın ons qiyməti 2 min 380 dollar bandına yüksəldi. Bitkoin 5 faizə yaxın artımla 64 500 dollara çatıb.
ABŞ inflyasiya məlumatlarından sonra xəzinə istiqrazları və dollar indeksi güc itirərkən; qızıl, səhmlər və kriptovalyutalar yüksəlişdədir.
NTV-nin xəbərinə görə, ABŞ-da aprel ayında inflyasiya aylıq 0,3 faiz artaraq gözləntilərin altında olub. İllik inflyasiya gözləntilərə uyğun olaraq 3,4 faiz artıb. Orta qazanc 0,4 faiz azalıb.
Bitcoin təxminən 5 faiz artımla 64.500 dolları sınaqdan keçirdi.
Aylıq inflyasiyanın gözləntilərin altında qaldığına diqqət çəkən analitiklər, ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini aşağı salacağına dair gözləntilərin gücləndiyini bildiriblər.