USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın ticari xam neft ehtiyatları artıb

23.05.2024 İqtisadiyyat
0 0
ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftəyə görə təxminən 1 milyon 800 min barrel artdı.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon 800 min barrel artaraq 458 milyon 800 min barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların təxminən 2 milyon 400 min barel azalacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təqribən 1 milyon barel artaraq 368 milyon 800 min barel səviyyəsinə çatıb. Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 900 min barrel azalaraq 226 milyon 800 min barel səviyyəsinə düşüb.

Neft hasilatında azalma var

ABŞ-ın xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 81 min barrel azalaraq 6 milyon 663 min barrelə, xam neft ixracı isə gündəlik orta hesabla 595 min barrel artaraq 4 milyon 730 barrel olub. Ölkənin gündəlik xam neft hasilatı 11-17 may həftəsində 1000 barel azalaraq 13 milyon 516 min barrelə çatıb.

EIA-nın 2024-cü ilin May ayı Qısamüddətli Enerji Görünüşü Hesabatına görə, ABŞ-ın gündəlik orta xam neft hasilatının bu il 13 milyon 200 min barrel, gələn il isə 13 milyon 730 min barrel olacağı gözlənilir.

  • Əvvəlki

    Mitsotakisdən Türkiyə ilə bağlı açıqlama

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0