Türkiyədən Avropa ölkələrinə Şengen vizası müraciətlərinin rədd nisbəti artsa da, 2023-cü ildə də əvvəlki ili üstələyib.
AA müxbiri Avropa Komissiyasının 2022 və 2023-cü illərdə Şengen zonasında Aİ ölkələrinə edilən viza müraciətləri ilə bağlı məlumatlarını toplayıb.
Bu məlumatlara görə, 2023-cü ildə Aİ ölkələrinin Türkiyədəki diplomatik nümayəndəliklərinə edilən Şengenvisa müraciətlərinin 16,1 faizi rədd edilib. Bu nisbət 2022-ci ildə 15,7 faiz olub.
Türkiyədən gələn 1 milyon 55 min 885 Şengen vizası müraciətinin 169 min 514-ü təsdiqlənməyib.
Estoniya vizadan imtina nisbətinin ən yüksək olduğu ölkədir
2023-cü ildə Türkiyədən Şengen vizası müraciətlərinin ən çox rədd edildiyi nümayəndəlik olan Estoniyanın Ankaradakı səfirliyi 1744 müraciətdən 741-ni təsdiq etməyib. Bu göstərici 42,5 faizə uyğundur.
Səfirlik 2022-ci ildə Türkiyədən 1517 viza müraciətindən 786-nı rədd edib. Bu nisbət 2022-ci ildə müraciətlərin yarıdan çoxunun rədd edilməsi deməkdir.