USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftə tələbat nə vaxt pik həddə çatacaq?

27.05.2024 İqtisadiyyat
0 0
ABŞ-ın bank nəhəngi Goldman Sachs neft tələbinin 2034-cü ildə pik həddə çatacağını gözlədiklərini açıqlayıb.

Goldman Sachs qlobal neft tələbinin pik həddə çatacağı tarixlə bağlı proqnozunu 2032-ci ildən 2034-cü ilə qədər təxirə salıb. IEA tələbin 2030-cu ilə qədər pik həddə çatacağını proqnozlaşdırır.

Qlobal neft tələbinin pik həddə çatmasına hələ on il qaldığını proqnozlaşdıran Goldman Sachs 2030-cu il üçün neft tələbi proqnozunu gündəlik 106 milyon bareldən 108,5 milyon barrelə yüksəldib.

Neft tələbinin 2034-cü ildə gündə təxminən 110 milyon barel zirvəyə çatacağını gözləyən Goldman Sachs, bunun baş verməsindən sonra 2040-cı ilə qədər neft tələbinin üfüqi bir seyir izləyəcəyini gözlədiklərini də vurğuladı.