USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buğdanın qiyməti son 1 ildə ən yüksək səviyyədədir

27.05.2024 İqtisadiyyat
0 0
Euronext-də buğdanın qiyməti son 1 ilin ən yüksək səviyyəsinə qalxıb.

Euronext Paris-də buğdanın qiyməti 2023-cü ilin martından bəri ən yüksək səviyyəyə qalxdı. Sentyabr ayı üçün buğdanın qiyməti 2 faizdən çox artaraq 367,50 avro/tona çatıb.

Sentyabr ayı buğda qiyməti ayın əvvəlindən bu yana təxminən yüzdə 18 artdı.

Buğda qiymətlərinin artmasında Qara dənizlə həmsərhəd ölkələrin tədarükünün azalacağı ilə bağlı narahatlıqlar təsirli olub.

Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyada 2 milyon hektara qədər ərazinin dondan təsirləndiyi açıqlanan məlumatlar, tədarük narahatlıqlarının gündəmə gəlməsinə səbəb oldu.

Çikaqoda buğdanın qiyməti keçən həftə 7 faiz artıb. Çikaqo bazarı bu gün milli bayram münasibətilə bağlanıb.