BVF Çin üçün artım proqnozlarına yenidən baxıb
BVF Çinin bu il üçün artım proqnozunu 4,6 faizdən 5 faizə yüksəldib. Təkmilləşdirmə BVF-nin müntəzəm qiymətləndirmə üçün Çinə səfərindən sonra həyata keçirilir. Təşkilat daha əvvəl 4,1 faiz olaraq açıqlanan 2025-ci il üçün artım proqnozunu 4,5 faizə yüksəldib.
Bununla belə, BVF əhalinin qocalması və məhsuldarlıq artımının yavaşlaması səbəbindən Çinin artımının 2029-cu ilə qədər 3,3 faizədək azalacağını proqnozlaşdırıb. Bu temp BVF-nin ortamüddətli perspektivdə əvvəlki 3,5 faiz artım proqnozundan aşağıdır.
Çin iqtisadiyyatı ilk rübdə güclü ixracın dəstəyi ilə gözləntilərin üzərində yüzdə 5,3 böyüdü. Aprel məlumatları göstərdi ki, istehlak xərcləri durğun olaraq qalır, sənaye fəaliyyətləri isə bərpa olunur.
Təxminən iki həftə əvvəl Çin səlahiyyətliləri, ipoteka faizlərində zəmin aradan qaldırılması da daxil olmaqla, mübarizə aparan daşınmaz əmlak sektorunu dəstəkləmək üçün geniş tədbirlər gördüklərini açıqladı.
BVF-nin İdarəedici Direktorunun Birinci Müavini Gita Gopinath verdiyi açıqlamada, siyasi addımların "məqbul" olduğunu, lakin daha əhatəli tədbirlərə ehtiyac olduğunu söyləyib.