USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəkərli diabet onkoloji xəstəliklərə tutulma riskini xeyli artırır

24.07.2018 İqtisadiyyat
0 0
Şəkərli diabet onkoloji xəstəliklərə tutulma riskini xeyli artırır. Avstraliya, Böyük Britaniya və ABŞ alimlərindən ibarət tədqiqat qrupu bu qənaətə gəlib.

"Kommersant" AZƏRTAC-a istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Diabetologiya" jurnalında dərc olunub.
Tədqiqatçılar 20 milyon pasiyent haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, birinci və ikinci tip diabet "həm kişilərdə, həm də qadınlarda bütün növ onkoloji xəstəliklər üçün risk amilidir".
Alimlərin əldə etdiyi nəticələrdə iştirakçıların cinsi mənsubiyyətindən asılı olaraq bəzi fərqli cəhətlər üzə çıxıb. Belə ki, diabetli qadınların xərçəngə tutulma ehtimalı endokrin xəstəlikləri olmayanlara nisbətən 27 faiz çoxdur. Kişilər üçün bu göstərici 19 faiz təşkil edir. Diabetli qadınlar risk zonasına daxildirlər: onların böyrəklərində, ağız boşluğunda, mədələrində bədxassəli şişlərin, habelə leykemiyanın yaranma ehtimalı yüksəkdir.
Tədqiqatın yekunlarına dair hesabatda deyilir: "Ümumilikdə hesablanıb ki, diabetdən əziyyət çəkən qadınların xərçəngin hər hansı növü ilə xəstələnməsi ehtimalı kişilərdə olduğundan 6 faiz çoxdur".

  • Əvvəlki

    Tibb işçilərinə yenidoğulmuşlara keyfiyyətli yardım göstərilməsi haqda məlumat verilib

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0