USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada yüksək gəlir əldə edənlər üçün vergi öhdəlikləri artırılır

31.05.2024 İqtisadiyyat
0 0
Rusiya hökuməti ölkədəki şirkətlər və yüksək gəlirli işçilər üçün vergi öhdəliklərinin mərhələli şəkildə artırılmasını təsdiqləyib.

Rusiya hökuməti paytaxt Moskvada keçirilən iclasda Rusiya Maliyyə Nazirliyinin vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı təklifini müzakirə edib.

İclasın sonunda təsdiq edilən təklifə əsasən, ölkədə şirkətlərin və yüksək gəlirli işçilərin vergi öhdəlikləri artırılıb.

Rusiyada ildə 2,4 milyondan 5 milyon rubla qədər qazananların gəlir vergisi dərəcəsi 13 faizdən 15 faizə yüksəlib. Gəlir vergisi dərəcələri 5 ilə 20 milyon rubl arasında qazananlar üçün 18 faizə, 50 milyon rubldan çox qazananlar üçün isə 22 faizə yüksəlib.

Ölkədə korporativ vergi dərəcəsi 20 faizdən 25 faizə yüksəldiyi halda, ildə 2,4 milyon rubldan az gəlir əldə edənlər üçün gəlir vergisi dərəcəsi sabit olaraq 13 faiz səviyyəsində saxlanılıb.

Rusiya Baş naziri Mixail Mişustin yığıncaqda etdiyi şərhdə, vergi artımlarından təxminən 2 milyon insanın təsirlənəcəyini bildirib.

  • Əvvəlki

    Bağdadda ABŞ şirkətinə və Britaniya institutuna səs bombalı hücum olub

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0