Kolumbiya və Azərbaycan neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir.
"Kommersant"ın Trend-ə istinadən məlumatına görə, bunu Kolumbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Marta Qalindo Kolumbiyanın müstəqillik günunə həsr olunmuş tədbir zamanı deyib.
M.Qalindo deyib: "Biz ölkələr arasında son iki ərzində əldə olunan irəliləyişdən məmnunuq. Azərbaycan və Kolumbiyanın kənd təsərrüfatını inkişaf etdirməyə qarşılıqlı marağı və ölkələrin özəl sektorlarının birgə işi nəticəsində Kolumbiyada narın yetişdirilməsi başlayib. Hal-hazırda bu kimi layihələr Zaqataladan quru meyvələr və fındığın ixracı üçün işlənilir".
Diplomat qeyd edib ki, hal-hazırda Kolumbiyadan Azərbaycana güllər və kofe idxal olunur: "Kolumbiyadan Azərbaycana tropik meyvələrin tədarükünün qurulması üzrə layihələrin reallaşdırılması yaxın gələcəkdə öz bəhrəsini verəcək. Bundan başqa, neft-qaz və nəqliyyat sektorlarına uzunmüddətli investisiyaların cəlb olunması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparılır".