USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 70-i ötüb

24.07.2018 İqtisadiyyat
0 0
Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 74-ə çatıb.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, meşə yanğınları nəticəsində, həmçinin 187 nəfər xəsarət alıb. Onlardan 23-ü uşaqdır. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilmişdi. Yunanıstanın Baş naziri Aleksis Tsipras ölkədə üçgünlük matəm elan edib.
İyulun əvvəlindən bəri Yunanıstanda havalar çox isti keçir. Son günlər isə temperatur 40 dərəcəyədək yüksəlib. Bazar günü Afina ətrafında (eləcə də Kineta şəhərində, şərqi Attikada və Kalamos şəhərində) eyni vaxtda bir neçə yanğın mənbəyi meydana gəlib. Habelə Peloponnes yarımadasında Korinfiyada və Krit adasında Xanya şəhəri yaxınlığında meşə yanğınları baş verib, lakin bu yanğınlar yaşayış məntəqələri üçün təhlükəli deyil.

  • Əvvəlki

    Azərbaycan və Kolumbiya neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0