USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nyu-York birjası günə enişlə başlayıb

04.06.2024 İqtisadiyyat
0 0
Dünən ABŞ-da istehsal sənayesi sektoru ilə bağlı açıqlanan məlumatlar ölkə iqtisadiyyatının yavaşladığına işarə etsə də, yeni ticarət gününün açılışında birjalarda mənfi tendensiya müşahidə olunub.

Fond bazarının açılışında Dow Jones indeksi 0,14 faiz azalaraq 38 518,86 bənd təşkil edib. S&P 500 indeksi 0,1 faiz azalaraq 5 278,24 bənd, Nasdaq indeksi isə 0,03 faiz azalaraq 16 823,88 bənd olub.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini endirəcəyinə əmin olduğunu ifadə edən analitiklər, FED-in gələcək dövrdə atacağı addımlarla bağlı ipucuların bu həftə açıqlanacaq məşğulluq hesabatı məlumatlarından axtarılacağını bildiriblər.

Digər tərəfdən, Ndvidia bazar günü və dünən AMD yeni süni intellekt çiplərini təqdim etdikdən sonra, Intel bu gün məlumat mərkəzləri üçün yeni çipini açıqlayıb. Intel-in səhmləri günə yüzdə 1 artımla başlayıb.