USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent nefti günə artımla başlayıb

06.06.2024 İqtisadiyyat
0 0
Ötən gün 78,66 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 78,41 dollarla başa vurub. Bu gün bağlanışla müqayisədə 0,43 faiz artaraq 78,75 dollara çatıb.

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 78,75 dollara satılır. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 74,47 dollara satılıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilərin güclənməsi ilə neft qiymətləri artmağa başlayıb. Aşağı faiz dərəcələrinin iqtisadi aktivliyi stimullaşdıracağı və neftə tələbatın artacağı gözləntiləri qiymətləri yuxarıya doğru dəstəkləyir. Analitiklər bildirirlər ki, dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da dünən açıqlanan əmək bazarı məlumatları ölkədəki yavaşlamaya işarə edir və FED-in bu il faizləri azaltmağa başlaması ehtimalını artırır.

Sabah açıqlanacaq ABŞ-ın məşğulluq məlumatlarına bütün diqqət yetiriləcək

FED-in sentyabrda ilk faiz endirimi ehtimalı 79 faiz, noyabrda isə 82 faiz olaraq qiymətləndirilərkən, bankın mümkün faiz endirimindən sonra ikinci faiz endirimi ehtimalı dekabrda yüzdə 86 oldu. Bazar oyunçuları FED rəsmilərinin açıqlamaları və sabah ABŞ-da açıqlanacaq məşğulluq hesabatı məlumatlarının da FED-in yol xəritəsi ilə bağlı ipucu verəcəyini proqnozlaşdırır. Azalma trendində olan ABŞ dolları indeksi də neftin qiymətinin artmasına dəstək verir. Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir.

Bildirilir ki, Brent neftində texniki olaraq 79,56 ilə 80,46 dollar arasındakı diapazon müqavimət, 76,60 ilə 76,02 dollar arasındakı diapazon isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.