USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Starliner servisində helium sızması aşkar edilib

06.06.2024 İqtisadiyyat
0 0
Bildirilib ki, Boeing-in kosmosa göndərilən Starliner şatlında 3 helium sızması aşkar edilib. Mövzu ilə bağlı Amerika Aeronavtika və Kosmos İdarəsindən verilən açıqlamada bu ifadə işlədilib: “Qruplar kosmik gəmidə üç helium sızması aşkarladılar”.

Sızmalardan birinin uçuşdan əvvəl, digərlərinin isə uçuş zamanı ortaya çıxdığı qeyd edilib. Təsirə məruz qalan helium klapanlarından ikisinin bağlandığı və "kosmik gəminin stabil vəziyyətdə olduğu" bildirilib.

Boeing sözçüsü Jim May bildirib ki, sızıntılar astronavtlar üçün "risk yaratmır". İki təxirə salınmadan sonra Boeing dünən ilk dəfə kosmosa iki NASA astronavtını daşıyan Starliner servisini göndərib.

NASA astronavtları Butch Wilmore və Suni Williams, Starliner şatlında, Beynəlxalq Kosmik Stansiyada (BKS) təxminən bir həftə qalmağı planlaşdırırlar.