USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyanın ixracı artdı

07.06.2024 İqtisadiyyat
0 0
Almaniya aprel ayı xarici ticarət məlumatlarını açıqlayıb. Ölkənin aylıq ixracatı bir əvvəlki aya görə yüzdə 1,6 artaraq 136,5 milyard Avroya çatıb. Xarici ticarətin müsbət saldosu təxminən 22,1 milyard avro təşkil edib.

Almaniya Federal Statistika İdarəsi (Destatis) aprel ayı üzrə ölkənin xarici ticarət rəqəmlərini açıqlayıb. Buna görə Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ixracat aprel ayında bir əvvəlki aya görə yüzdə 1,6 artaraq 136,5 milyard Avroya çatıb.

Aprel ayı ixracat məlumatlarının gözləntiləri yüzdə 1,1 artım olacağı idi. Maraqlıdır ki, ixracın artması ilk növbədə Avropa İttifaqında (Aİ) gedən yaxşı hadisələrlə bağlıdır. Almaniyanın Avropa İttifaqına üzv ölkələrə ixracı aprel ayında 1,2 faiz artaraq 74,1 milyard avroya çatıb.

Çindən idxal azalıb

Ölkənin ən mühüm ticarət tərəfdaşı olan Çinə ixracı 0,8 faiz artaraq 8,4 milyard avroya çatıb. Çindən idxal 7,8 faiz azalaraq 12,8 milyard avroya düşüb.

Sözügedən dövrdə ABŞ-a ixrac 1,2 faiz azalaraq 14,2 milyard avroya, ABŞ-dan idxal isə 1 faiz azalaraq 7,5 milyard avroya düşüb.

Ticarət profisiti 22,1 milyard avro təşkil edib

Almaniyanın aprel ayı idxalı əvvəlki aya görə yüzdə 2 artaraq 114,5 milyard avroya çatıb. Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən təmizlənmiş xarici ticarət profisiti təxminən 22,1 milyard avro oldu. 2023-cü ilin aprel ayında xarici ticarət profisiti 18,7 milyard avro olaraq qeydə alınıb.

Aprel ayında ölkənin ixracı illik bazda yüzdə 1,9 artarkən, idxal yüzdə 0,6 azalıb.

Almaniyanın aprel ayı idxalının 61,3 milyard avrosu Aİ-dən olub. Mart ayı ilə müqayisədə Aİ ölkələrindən idxal 4,3 faiz artıb.