USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal ərzaq qiymətləri yenidən həyəcan təbili çalır

10.06.2024 İqtisadiyyat
0 0
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayında taxıl və süd məhsullarının qiymətlərindəki sürətlənmə ilə əlaqədar Qlobal Ərzaq Qiymətləri İndeksinin 0,9 faiz artaraq 120,4 bənd təşkil etdiyini açıqlayıb. İndeksdəki yüksəlişin ardıcıl üçüncü ay da davam etməsi diqqət çəkib.

May ayında şəkər və bitki yağının ucuzlaşmasına baxmayaraq, taxıl və süd məhsullarının qiymətlərinin artması nəticəsində dünya ərzaq məhsullarının qiymətləri ardıcıl üçüncü aydır ki, artıb.

Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi aprel ayında yenidən işlənmiş səviyyədən 0,9% artaraq 120,4-ə yüksəlib.

Dünya ərzaq qiymətləri bu ilin fevralında son üç ilin ən aşağı səviyyəsinə çatdı, çünki 2022-ci ilin martında Rusiyanın Ukraynaya müdaxiləsi ilə müşahidə olunan tarixi zirvədən enişini davam etdirdi. Taxıl və süd məhsullarının bahalaşması indeksin may ayında ardıcıl 3 ay artımında təsirli olub.

Taxıl Qiymət İndeksi may ayında bir əvvəlki aya görə yüzdə 6,3 artarkən, Şimali Amerika və Ukraynada məhsula dair artan narahatlıqların təsiriylə illik bazda yüzdə 8,2 azaldı. Bütün əsas taxılların qlobal ixrac qiymətləri bir əvvəlki aya görə artarkən, ən böyük artım buğdada görüldü.

Şimali Amerika, Avropa və Qara dəniz regionu kimi əsas istehsal bölgələrində əlverişsiz məhsul şəraiti ilə bağlı narahatlıqlar artdığından taxıl qiymətlərindəki 6,3 faiz artım ərzaq qiymətlərindəki artımı dəstəkləməyə davam etdi. FAO həmçinin Qərbi Avropada süd istehsalının azala biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə yay tətili öncəsi məhsullara tələbatın artması səbəbindən may ayında süd məhsullarının qiymətlərinin əvvəlki ayla müqayisədə 1,8% artdığını açıqlayıb.