USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trump AB ilə birlikdə hərəkət etmək istəyir

25.07.2018 İqtisadiyyat
0 0
ABŞ Avropa Birliyinə vergilərdən eyni anda imtina etməyi təklif edəcək.

"Kommersant" xəbər verir ki, sabah Avropa Birliyi rəsmiləri ticari sazişlərlə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək. ABŞ prezidenti Trump bu barədə öz şəxsi "Twitter" hesabında məlumat verib.

Prezident, AB üçün ideyaları olduğunu bildirib. Belə ki, o, AB-yə ABŞ-la birlikdə bütün vergi, maliyyə maneələri və subsidiyalardan eyni anda imtina etməyi təklif edəcəyini bildirib. Əlavə edib ki, əgər bu addım atılarsa, o zaman tam olaraq ədalətli və azad ticarətdən danışmaq olar. Trump sonda ABŞ-dan fərqli olaraq AB-nin bu qərara hazır olmadığını, amma yenə də müsbət cavab alacağına dair ümid etdiyini vurğulayıb.