USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch-in Çinə vergi qərarından sonra Avropa bazarı ilə bağlı şərhi

14.06.2024 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings, Avropa İttifaqının (Aİ) Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına əlavə vergi tətbiq edəcəyi təqdirdə Avropa bazarının təsirlənəcəyini gözləmir.

Fitch-in verdiyi açıqlamada, Çindən Avropaya Volvo, Polestar və Dacia tərəfindən istehsal edilən avtomobil ixracının 2023-cü ildə AB-də elektrikli avtomobil satışlarında yüzdə 4-dən az paya sahib olduğu bildirilib.

Alman avtomobil istehsalçılarının satışlarında Çinin orta hesabla yüzdə 10 paya sahib olduğuna diqqət çəkən açıqlamada, Çinin Avropada istehsal edilən avtomobillərə əlavə vergi tətbiq etməsi halında bunun avtomobil istehsalçıları tərəfindən kompensasiya edilə biləcəyi qeyd edilib.

Alman və Çin avtomobilləri təsirlənə bilər

Açıqlamada Almaniya və Çinin birgə istehsal etdiyi nəqliyyat vasitələrinin satışlarının təsir altına düşə biləcəyi, ticarət gərginliyinin artacağı təqdirdə bu cür müştərək müəssisələrin pul axını yaratmaqda çətinlik çəkəcəyi bildirilib.

Çin cavab verərsə, ən çox Almaniya təsirlənəcək

İyunun 12-də edilən açıqlamada Aİ iyulun 4-dən etibarən Çində istehsal olunan elektrik avtomobillərinin Birliyə üzv ölkələrə idxalına 38,1 faizə qədər əlavə vergi tətbiq edilməsinin planlaşdırıldığını açıqlayıb.