USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"25 milyon manatlıq əmlak üzərinə həbs qoymuşuq"

25.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin I yarımili ərzində korrupsiya cinayətlərinə görə məhkəmələrə göndərilən cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyan qeydə alınıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 % ödənilməsi təmin edilib.

Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

APA