USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-dən Qərbi Balkanlara 1,2 milyard avro investisiya

03.07.2024 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) Qərbi Balkanların infrastrukturunun inkişafı üçün 1,2 milyard avroluq investisiya paketi hazırlayıb.

Aİ Komissiyası Qərbi Balkanlar üçün İqtisadi və İnvestisiya Planı çərçivəsində təsdiqlənən altıncı paketlə bağlı bəyanat yayıb.

Açıqlamada, paketin Qərbi Balkanlar üçün 1,2 milyard avro sərmayəni səfərbər etməsinin gözlənildiyi vurğulanıb:

“Bu paket su təchizatı, kanalizasiya, tullantı sularının təmizlənməsi və dəmir yolu nəqliyyatına yeni investisiyaları, həmçinin kiçik və orta müəssisələrdə innovasiyaları və yaşıl transformasiyaları dəstəkləyəcək”.

Açıqlamada sərmayələrin Qərbi Balkanlardan olan tərəfdaşlar və beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcəyi bildirilib.

Açıqlamada bildirilib ki, investisiya paketinə üzvlük öncəsi fondlardan verilən 300 milyon avroluq qrant, Aİ üzv dövlətləri və Norveçdən əlavə töhfələr və beynəlxalq maliyyə qurumlarından alınan kreditlər daxildir.

Açıqlamada paketin Qərbi Balkan İnvestisiya Çərçivəsi Əməliyyat Şurası tərəfindən təsdiqləndiyi və onun ətraf mühit və iqlim, davamlı nəqliyyat və özəl sektora dəstək kimi prioritetlərə sahib olduğu qeyd edilib.