USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı “Qazprom”la yeni müqavilə bağlamaq istəyirdi

04.07.2024 İqtisadiyyat
0 0
Handelsblatt: Avropa İttifaqı Qazprom ilə yeni müqavilə bağlaya bilər.

Avropa İttifaqının (Aİ) hakimiyyət orqanları Rusiyanın enerji holdinqi ilə Ukraynanın “Naftoqaz” konserni arasında yanacağın tədarükünə dair müqavilənin 2024-cü il dekabrın 31-də başa çatması ilə əlaqədar “Qazprom”la yeni müqavilənin bağlanması variantını nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən Handelsblatt qəzeti yazıb.

Qeyd olunur ki, Aİ ilə “Qazprom” arasında yeni sazişin bağlanmasına səbəb Avstriya, Macarıstan, Slovakiya və Çexiyanın Rusiya qazının Ukrayna ərazisindən tranzitinin tezliklə dayandırılması ilə bağlı artan narahatlığı ola bilər. Bunun fonunda Aİ səlahiyyətliləri bu istiqamətdə Avropaya tədarükün uzadılması üçün iki mümkün ssenarini nəzərdən keçirir.

Birinci variant “Qazprom Export” ilə Avropanın enerji şirkəti arasında yeni müqavilənin bağlanmasını nəzərdə tutur. Sonuncu, Aİ təşəbbüsünə əsasən, Rusiya-Ukrayna sərhədində yanacaq alıb Aİ ölkələrinə göndərməli olacaq. Avropa enerji müəssisəsinin vəzifələrinə Rusiya qazının tranziti üçün “Ukrayna Qaz Ötürmə Sistemi Operatoru”na ödəniş də daxildir. Lakin belə bir sxemi həyata keçirmək üçün Kiyevdən razılıq almaq lazımdır.

  • Əvvəlki

    ABŞ-da Co Bayden prezidentlik yarışından geri çəkilməyi düşünür

Digər xəbərlər