USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samsung işçiləri nümayişə başlayıb

08.07.2024 İqtisadiyyat
0 0
Cənubi Koreyanın texnologiya nəhəngi Samsung-da çalışan 6500-dən çox işçi ədalətli maaş tələbi ilə bu gündən etibarən üç günlük tətilə çıxıb.

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung-da çalışan 6500-dən çox işçi ədalətli maaş tələbi ilə bu gündən etibarən üç günlük tətilə çıxıb. Həmkarlar ittifaqı işçilərinin tələbləri arasında illik məzuniyyətin bir gün artırılması da var. Həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.

BBC Türkcənin məlumatına görə, şirkət rəhbərliyi və həmkarlar ittifaqı yanvar ayından danışıqlar aparır. Həmkarlar ittifaqı şirkətin təklif etdiyi 5,1 faizlik maaş artımını rədd edib.

Tətildə olan Milli Samsung Elektron Birliyinin (NSEU) üzvlərinin sayı təxminən 30 min nəfərdir ki, bu da Samsungun Cənubi Koreyadakı işçilərinin dörddə birinə bərabərdir. Bununla belə, həmkarlar ittifaqı bu həftəki tətildə əksəriyyəti istehsal sahələrində və məhsul inkişaf şöbələrində çalışan təxminən 6540 işçinin iştirak etdiyini açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, tətilin az iştirak və avtomatlaşdırılmış istehsal səbəbindən dünyanın ən böyük çip istehsalçısının istehsalına böyük təsir göstərməsi gözlənilmir. Həmkarlar ittifaqı keçən ay ilk tətilini keçirdi, lakin Samsung bu tətilin onun biznes fəaliyyətinə təsir etmədiyini açıqladı. Şirkət bu gün başlayan tətillə bağlı açıqlama verməyib.

Həmkarlar ittifaqı liderləri şirkətin əməliyyat mənfəətindən kapitalın dəyəri çıxılmaqla bonus hesablamalarının ədalətsiz olduğunu iddia edir. İyulun 5-də verdiyi açıqlamada Samsung ilin ikinci yarısında (aprel və iyun ayları arasında) qazancının keçən illə müqayisədə 15 dəfə çox olduğunu bildirdi.

  • Əvvəlki

    Türkiyə ilə AB arasında yüksək səviyyəli ticarət danışıqları başlayacaq

Digər xəbərlər