SOCAR AQŞ və "KCA Deutag" beynəlxalq neft-servis şirkəti birgə müəssisə yaradırlar.
Sabah Bakıda tərəflər arasında birgə müəssisənin təsis olunması haqqında müqavilə imzalanacaq.
"KCA Deutag" nəinki Azərbaycanda, eləcə də digər ölkələrdə, o cümlədən Qazaxıstanda BP şirkətinin əsas podratçılarından biridir.
Bundan əvvəl şirkətin kommunikasiya bölməsinin rəhbəri Dayan Stüart bildirmişdi ki, şirkət Azərbaycan və Xəzər regionundakı layihələrdə iştirakını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, "KCA Deutag" Azərbaycanda artıq 20 ildir fəaliyyət göstərir. Şirkətin baş ofisi Aberdində yerləşir.