Ötən gün 85,66 dollar olan Brent markalı neftin bir barel qiyməti günü 85,08 dollarla başa vurub. 09.35-ə bağlanış vaxtı ilə müqayisədə 0,71 faiz artaraq 85,68 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 82,69 dollara satılıb.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 86,06 ilə 87,72 dollar arasındakı diapazonu müqavimət, 84,40 ilə 83,37 dollar aralığı isə dəstək zonası kimi izlənilə bilər.
Neftin qiymətinin artmasına dünyanın ən böyük neft istehlak edən ölkəsi olan ABŞ-da tələbin bərpa olunduğunu göstərən məlumatlar və dolların digər valyutalara nisbətdə dəyər itirməsi təsir göstərir. Bazarın gözləntilərinin əksinə olaraq neft ehtiyatlarının azalması ölkədə tələbatın artdığını, beləliklə də qiymətlərin yüksəldiyini göstərir.
FED-in faiz qərarı ilə bağlı müsbət siqnallar ABŞ dollarına təsir edir
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin açıqlamaları ilə bankın ilin sonuna doğru faizləri azaltmağa başlaya biləcəyi ilə bağlı gözləntilər güclənib. Pul bazarlarında FED-in ilk faiz endirimi ehtimalı sentyabr ayı üçün 77 faiz, noyabr ayı üçün 76 faiz, dekabr toplantısında bankın ikinci faiz endirimi ehtimalı isə 99 faiz olaraq qiymətləndirilib. Faiz qərarı ilə bağlı müsbət siqnallar ABŞ dollarının digər valyutalar qarşısında ucuzlaşmasında təsirli olub.
ABŞ dollarının digər valyutalara nisbətdə ucuzlaşması neftin bahalaşmasına dəstək verir. Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir. ABŞ dollarının digər valyutalar qarşısında dəyərini ölçən ABŞ dolları indeksi isə 0,06 faiz azalaraq 104,662 olub.
İnvestorlar FED-in qarşıdakı dövrdə atacağı pul siyasəti addımları ilə bağlı daha çox ipucu əldə etmək üçün bu gün açıqlanacaq inflyasiya məlumatlarını izləyəcəklər.