USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyun ayında Almaniyada illik inflyasiya 2,2 faiz təşkil edib

11.07.2024 İqtisadiyyat
0 0
Almaniyada istehlak qiymətləri indeksi (CPI) iyun ayında əvvəlki ilə nisbətən 2,2 faiz artıb. 2024-cü ilin may ayında illik dəyişmə sürəti +2,4%, 2024-cü ilin aprel və mart aylarında isə +2,2% təşkil edib.

Federal Statistika İdarəsinin (Destatis) rəhbəri Rut Brand, "Enerji və ərzaq qiymətləri ilin əvvəlindən bəri ümumi inflyasiyaya azaldıcı təsir göstərib. Bununla belə, biz xidmətlərin qiymətlərində orta səviyyədən yuxarı artımları müşahidə etməkdə davam edirik" dedi.

İyun ayında may ayına nisbətən istehlak qiymətləri 0,1% artıb.

Aİ-yə uyğun gələn CPI-də illik artım iyun ayında yüzdə 2,5 olub. May ayı ilə müqayisədə qiymətlər 0,2 faiz artıb.

2024-cü ilin iyun ayında enerji məhsullarının qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 2,1% ucuzlaşıb.