Avropa Mərkəzi Bankının sabah növbədənkənar iclası keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, Avropanın Mərkəzi Bankının sabahkı iclasında faizlər və aktivlərin alınması proqramına dəyişikliklə bağlı hər hansı qərar qəbul edəcəyi gözlənilmir.
Frankfurtda keçiriləcək iclasda faiz dərəcələri ilə bağlı qərar açıqlanacaq. Bank rəhbəri Mario Draghi, çıxarılan qərarlarla bağlı mediaya ətraflı məlumat veriləcəyini açıqlayıb.
İlkin proqnozlara görə, dərəcələrdə baş verə biləcək artım ən tez 2019-cu ilin sentyabrında ola bilər və bu artım 15 balı ötməyəcək.