USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada benzinin ixracına yenidən qadağa qoyula bilər

16.07.2024 İqtisadiyyat
0 0
Rusiya baş nazirinin müavini Aleksandr Novak ölkədə yanacaq bazarında vəziyyətin sabit olduğunu və mənfi hallar baş verərsə, avqust ayından etibarən yenidən benzin ixracına qadağa qoya biləcəklərini bildirib.

Novak Qroznı şəhərində jurnalistlərə açıqlamasında ölkənin yanacaq bazarındakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Rusiyada məşhur benzin növü olan AI-95 ilə bağlı bəzi problemlərin olduğuna diqqət çəkən Novak, "Yanacaq bazarı ümumiyyətlə sabitdir. Bazar neft emalı zavodlarında baxım prosesləri ilə bağlı vəziyyətə həddindən artıq reaksiya verir. Biz bazarı stabilləşdirəcəyik. Heç bir fəlakətli vəziyyət yoxdur” deyib.

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub.

Rusiya hökuməti martın 1-dən benzin ixracına qadağa qoyub, daha sonra müxtəlif ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracı istisna edib.