Avtomobil şirkətinin yenicə işdən çıxarılan rəhbəri vəfat etdi
"Kommersant.Az" xəbər verir ki, Şirkətin sahibi İtalyanın "Agnelli" ailəsinə aid "Exor Holding"dən bildiriblər ki, ayın əvvəlində İsveçrənin Sürix şəhərində çiyinindən keçirdiyi əməliyyatın ardından pisləşən 66 yaşlı Marchionne vəfat edib.
Marchionne-nin əməliyyat zamanı baş verən bir ağırlaşmaya görə infarkt keçirdiyi qeyd edilib.
Fiat Chrysler-in varisi John Elkann, "Təəssüf ki, qorxduğumuz şey baş verdi. Dostumuz Sergio Marchionne həyatla vidalaşdı",- ifadələrini istifadə edib.
Şirkətin idarə heyəti, Marchionne-nin sağlamlıq vəziyyətinin pisləşməsindən sonra ötən şənbə günü keçirdiyi təcili toplantıda şirkət tərkibindəkji Jeep markasını idarə edən Mike Manley-i onun yerinə təyin etmişdi.
Sergio Marchionne Fiat Chrysler-də 2004-cü ildən işləyirdi.
Avtomobil sektorunun ən hörmət edilən rəhbərlərindən olan Marchionne, 2014-ci ildə Fiat Chrysler-in səhmdarı olduğu lüks avtomobil markası Ferrari-nin də idarəçiliyini üzərinə götürmüşdü.