2024-сü ilin yanvar-iyun aylarında Azərbaycanda 2032 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 288 ədəd çox minik avtomobili istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsidən məlumat verilib.
Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-iyun aylarında 366,8 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 48,0 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz azalmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 48,0 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 15,4 faiz azalıb.