Rusiya Federal Gömrük Xidmətinin (FTS) rəhbəri Valeriy Pikalyov ilin birinci yarısında 3,3 trilyon rubl (təxminən 37,5 milyard dollar) gəlir əldə etdiyini bildirib.
Pikalyov Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
FTS-in ilin ilk yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 500 milyard rubl əlavə gəlir əldə etdiyinə diqqət çəkən Putin, “Gömrük nəzarəti və avtomatlaşdırmanın effektivliyi artır, istehsal gücü güclənir” deyib.
Ölkə daxilində sərhəd-keçid məntəqələrində və gömrük idarələrində rəqəmsal texnologiyalar tətbiq etdiklərini də bildirən Pikalyov, "İlin ilk yarısında toplanan gəlir 3 trilyon 361 milyard rubla çatıb" fikirlərini səsləndirib.