Microsoft-un sistemində yaşanan problem bir çox sektora təsir etdi. Hava limanları, banklar, xəstəxanalar kimi bir çox şirkətin internet üzərindən təklif etdiyi xidmətlər çökdü. Dünyanı təsir edən nasazlıqla bağlı Microsoft-dan açıqlama verilib.
ABŞ-ın “Microsoft” texnologiya şirkətinin sistemindəki nasazlıq bir çox sektorlara təsir edib. Hava limanları, banklar, xəstəxanalar və yayım təşkilatları kimi bir çox şirkətin internet üzərindən təqdim etdiyi xidmətlərdə fasilələr var.
Giriş problemi olan saytları siyahıya alan Down Detector-un məlumatına görə, Microsoft-dan başqa, Visa, Ryan Air, Virgin Media və Sky kimi saytlar da problem yaşayır.
ABŞ-ın texnologiya nəhəngi Microsoft da xidmət kəsilməsindən sonra "yumşaldıcı tədbirlər" gördüyünü açıqlayıb.
Microsoft 365-in internet saytındakı açıqlamada, Microsoft 365 tətbiqləri və xidmətləri üçün təsir azaltma işlərinin davam etdiyi ifadə edildi.
Açıqlamada, mövcud problemin müxtəlif Microsoft 365 tətbiq və xidmətlərindən istifadə etməyə çalışan bütün istifadəçiləri təsir edə biləcəyi ifadə edilib və Microsoft Defender, Microsoft Teams, Microsoft Purview və OneDrive-ın təsirlənən proqram və xidmətlər arasında olduğu bildirilib.