Neft sahəsi xidmətləri şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, ölkədə neft qazma qurğularının sayı 13-19 iyul həftəsində əvvəlki həftə ilə müqayisədə 1 ədəd azalaraq 477-yə düşüb. Ötən il ABŞ-da neft qazma qurğularının sayı 53 ədəd azalıb.
Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 1 ədəd azalıb.
Cümə axşamı, iyulun 18-də 85,11 dollardan bağlanan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 82,63 dollardan bağlanıb.
West Texas Intermediate (WTI) markalı xam neftin bir barelinin qiyməti cümə günü 78,64 dollar səviyyəsində bağlanıb. WTI markalı xam neftin barreli cümə axşamı 81,30 dollarla başa çatıb.