Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 82,89 dollara satılır.
Cümə günü 85,35 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 82,63 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,58-də bağlanış vaxtı ilə müqayisədə 0,31 faiz artaraq 82,89 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 78,82 dollara satılıb.
Baydenin neft qiymətlərinin artmasına təsiri
Neftin bahalaşmasına ABŞ prezidenti Co Baydenin dünən öz namizədliyini geri götürəcəyini və vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini bəyan etməsindən sonra dolların zəifləməsi təsir edib.
Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir. ABŞ dolları indeksi səhər saatlarında 0,10 faiz azalaraq 104,30 səviyyəsinə çatıb.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın gələcəkdə siyasət faizlərini aşağı salmağa başlayacağı ilə bağlı proqnozlar da dünyanın ən böyük neft istehlakçı ölkəsində iqtisadi aktivliyin artacağına dair gözləntiləri artıraraq qiymətləri yuxarıya doğru dəstəkləyir.