ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) bəzi spot Ethereum Exchange Traded Fund (ETF) müraciətlərinə yekun təsdiq verdiyi bildirildi.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, bəzi spot Ethereum ETF-lərinin çərşənbə axşamı ticarətə başlaması gözlənilir.
BlackRock, Fidelity Investments və Bitwise Asset Management, spot Ethereum ETF-lərinin ticarətinə başlaması gözlənilən aktivlərin idarə edilməsi şirkətləri arasındadır.
BlackRock və Fidelity Investments-in bəyanatı
Mövzu ilə bağlı BlackRock tərəfindən edilən açıqlamada, BlackRock-un iShares Ethereum Trust ETF (ETHA) ilə bağlı qeydiyyat bəyanatının SEC tərəfindən etibarlı elan edildiyi ifadə edildi. Açıqlamada qeyd olunub ki, iShares Ethereum Trust ETF-nin iyulun 23-də Nasdaq-da ticarətə başlaması gözlənilir.
Fidelity Investments tərəfindən edilən açıqlamada, efirin performansını izləməyi hədəfləyən Fidelity Ethereum Fund (FETH) fəaliyyətə başlayacağı açıqlandı.
Bitwise Asset Management tərəfindən edilən açıqlamada, Bitwise Ethereum ETF-nin (ETHW) iyulun 23-də Nyu York Birjasında ticarətə başlamasının planlaşdırıldığı bildirilib.
Spot Bitcon ETF yanvar ayında təsdiqləndi
SEC yanvar ayında spot Bitcoin Exchange Traded Fund (ETF) müraciətlərini təsdiqlədi. Blackrock, VanEck, WisdomTree, Fidelity, Bitwise, Grayscale Investmens və Invesco spot Bitcoin ETF üçün SEC-ə müraciət edən şirkətlər arasında idi.