USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin pensiya yaşını tədricən artırmağı planlaşdırır

24.07.2024 İqtisadiyyat
0 0
Çinin pensiya yaşını mərhələli şəkildə artırmaq üçün addımlar atmağı planlaşdırdığı bildirilir.

Bildirilib ki, Çini idarə edən Kommunist Partiyası (ÇKP) pensiya yaşını mərhələli şəkildə artırmaq üçün addımlar atmağı hədəfləyir.

Sinxua agentliyinin məlumatına görə, Çini idarə edən ÇKP-nin 3-cü Baş Sessiyasında ölkənin növbəti 10 il üçün iqtisadi hədəflərini müəyyən edəcək islahatlarla bağlı pensiya yaşı məsələsi də müzakirə edilib.

Sessiyanın yekun bəyannaməsində qeyd olunub ki, “məqsəd pensiya yaşının tədricən və müntəzəm olaraq, müvafiq çeviklik və könüllülük əsasında artırılmasıdır”.

Bəyannamədə pensiya yaşının nə qədər və neçə il artırılacağı ilə bağlı detallar yer almayıb.

Çinin rəsmi nəşrlərindən olan “Global Times” qəzetində yer alan xəbərə görə, pensiya yaşının digər ölkələrə nisbətən daha erkən olduğu Çində kişilər 60, qadınlar isə 50 və ya 55 yaşında pensiyaya çıxmalı olurlar.