USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nigeriyadan Metaya 220 milyon dollar cərimə

24.07.2024 İqtisadiyyat
0 0
Nigeriya hökuməti məlumatların qorunmasını pozduğuna görə Metanı 220 milyon dollar cərimələyib. Facebook və WhatsApp-ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını dəfələrlə pozduğu bildirilir.

Nigeriya Federal Rəqabət və İstehlakçının Müdafiəsi Komissiyasının (FCCPC) rəsmisi Adamu Abdullahi jurnalistlərə açıqlamasında Meta şirkətinə qarşı 3 ildir intensiv araşdırmaların aparıldığını bildirib.

220 milyon dollar cərimə

Araşdırmaların Facebook və WhatsApp-ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını "dəfələrlə pozduğunu" aşkar etdiyini qeyd edən Abdullahi, hökumətin bu səbəbdən Meta-nı 220 milyon dollar cərimə etdiyini bildirib.

Abdullahi, şirkətin digər ölkələrdəki istifadəçilərə də məlumatlarının paylaşılacağına qərar vermək üçün seçimlər təklif etdiyini, lakin Nigeriyalılara bunu təklif etmədiyini söylədi.

Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriya, 2022-ci ildə Meta-nın ölkədə 154 milyon aktiv abunəçisi olduğunu açıqladı.

  • Əvvəlki

    HSBC dollar gözləntilərini açıqlayıb

Digər xəbərlər