USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Serbiya aviaşirkəti Bakıya uçuşlara başlaya bilər

25.07.2024 İqtisadiyyat
0 0
Bu ilin sonunadək "Air Serbia" Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlaya bilər.

Kommersant.az xəbər verir ki, bu barədə Serbiyanın mədəniyyət naziri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışında deyib.

"Serbiya Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrdən biridir. Lakin iki ölkə arasında birbaşa aviareys yoxdur.

Bu ilin sonuna qədər bu marşrutun fəaliyyətinin mümkün inkişafını yoxlamaq üçün sınaq uçuşları keçirmək barədə düşünürük", - deyə o vurğulayıb.